Navalnısız parlament seçkiləri – Rusiyada mandatlar necə bölünəcək?

15:04 / 08.09.2021
1270
"Rusiya klassik, avtoritar MDB ölkəsidir. Prinsipcə
Rusiyada keçiriləcək parlament seçkilərinin Türkmənistan və ya Özbəkistanda
keçirilən ənənəvi seçkilərdən heç bir fərqi olmayacaq”.
Bu sözləri Sfera.az-a politoloq Turab Rzayev Rusiyada
keçiriləcək parlament seçkiləri ilə bağlı danışarkən deyib.
Politoloqun sözlərinə görə, digər avtoritar ölkələrdə
olduğu kimi, Rusiyada da parlament seçkilərindən öncə iqtidar partiyası,
müxalifət partiyaları müəyyənləşir və parlamentdə kimə nə qədər yer veriləcəyi
təyin edilir:
"Rusiyada parlament seçkiləri digər MDB ölkələrindən fərqli
olaraq, vizual da olsa daha dinamik keçir. Belə ki, seçki sonrası biz
parlamentdə həm Rusiya Kommunist Partiyası, həm də Jirnovskinin Rusiya Liberal
Demokrat Partiyasının nümayəndələrini görə bilirik. Budəfəki parlament seçkilərinin
də fərqli nəticəsinin olacağını gözləmirəm. Ənənəvi olaraq birinci yer Hakim
Vahid Rusiya Partiyasına, ikinci və üçüncü yer isə ya Jirnovskinin Rusiya
Liberal Demokrat Partiyası, ya da Kommunist Partiyasına veriləcək.
Təbii ki, digər partiyalara da müəyyən yerlər veriləcək.
Misal üçün Yabloko (alma) blokuna və ya mərhum Heydər Camalın İslam Partiyası
kimi partiyalara da yerlər veriləcək. Ancaq bunlar belə mövcud seçkilərin nəticələrinə
təsir etməyəcək. Çünki hamısı idarə
altında olan partiyalardır”.
Politoloq qeyd edib ki, nə kommunistlər Luqanovun
dövründəki kommunistlərdir, nə də Jirnovski ciddi rəqib deyil:
Turan Rzayev