Göyçay sakini qonşusunun evindən 20 min manat oğurladı - FOTO

Göyçay sakini qonşusunun evindən 20 min manat oğurladı - FOTO
Göyçay rayonunda qonşusunun evindən 20 000 manat oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, nazirliyin "102” Zəng Mərkəzinə Göyçay rayonunun Potu kəndindəki evlərin birindən 20 000 manat pulun naməlum şəxs və yaxud şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.

Daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində cinayət əməlini törədən şəxsin zərərçəkmişin qonşusu, Potu kənd sakini Şəmil Əmrahov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı pulları özünə məxsus bağ sahəsində ağacın dibində gizlətdiyini bildirib. Pullar həmin yerdən götürülüb və maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinə cinayət işi başlanılıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasın...