Məktəblərin açılması ilə bu xərclər yenidən artacaq

Məktəblərin açılması ilə bu xərclər yenidən artacaq
2020-ci ildə dəftərxana ləvazimatlarına çəkilən xərc azalıb. Dəftərxana ləvazimatlarına 2019-cu ildə 192,5 milyon manat xərcləyən əhali ötən il bu xərcləri 8,7 milyon manat azaldaraq 183,8 milyon manata endirib.

Sfera.az bildirir ki, dəftərxana ləvazimatlarının satış dövriyyəsinin azalmasına məktəblərdə əyani tədrisin dayandırılmasının daha çox təsiri olub. Ölkəmizdə hər il təhsilalanların sayı artdığından məntiqi olaraq dəftərxana ləvazimatlarına çəkilən xərc də artmalıydı. Ümumi təhsil müəssisələrində 2015-2016-cı tədris ilində 1,353 milyon uşaq təhsil aldığı halda, 2020-2021-ci tədris ilində 1,657 milyon uşaq təhsil alıb. 

2021-ci ildə dəftərxana ləvazimatlarına çəkilən xərcin yenidən artması ehtimalı böyükdür. Çünki sentyabrdan orta ümumi təhsil müəssisələrində yenidən əyani tədris təşkil ediləcək. Bununla əlaqədar olaraq bu il dəftərxana xərclərinin yenidən artması ehtimalı böyükdür. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR