DTX əməliyyat keçirdi - Həbs olunanlar var

DTX əməliyyat keçirdi - Həbs olunanlar var
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Sfera.az  DTX-nin saytına istinadən xəbər verir ki, istintaqla Azərbaycan Respublikasının vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.

Aparılan araşdırmalara əsasən məlum olub ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən "Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olmuş və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak ediblər.

Faktla bağlı Mənsur Cumayev və Nəsir Cahangirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf edib və səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasın...