"Dünya indi 20 il əvvəlkindən də pis vəziyyətdədir” – Ancelina Coli ABŞ hakimiyyətini tənqid etdi

Maqazin
16:44 / 07.09.2021
1660
"İşə və ya məktəbə gedib-getməyəcəyini bilməyən əfqan qadınları düşünürəm".
Sfera.az xəbər verir ki, bunu Hollivud ulduzu və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Coli deyib.
Məşhur aktrisa Almaniyada nəşr olunan "Welt Am Sonntag" qəzetinə Əfqanıstanla bağlı danışıb.
Əfqanıstanda baş verənləri sistemli siyasi uğursuzluq nümunəsi olaraq xarakterizə edən Coli ABŞ-ın keçmiş prezidenti Trampın dövründə Qətərin paytaxtı Dohada Talibanla aparılan danışıqları tənqid edib.
"ABŞ heç vaxt Əfqanıstanın olduğu danışıqlara qarışmamalı idi. Vətəndaş cəmiyyətini və əfqan qadınlarını xaric edən danışıqlara ümumiyyətlə, qoşulmamalı idik", - deyə aktrisa bildirib.
Ancelina Coli dünyanın 20 il əvvəlkindən daha pis bir vəziyyətlə olduğunu vurğulayıb:
"Daha çox həll edilməmiş münaqişələrimiz və milyonlarla qaçqınlarımız var. Onilliklər boyu insan hüquqlarına laqeyd yanaşmaq insan hüquqlarına əsaslanan yaxşı düşünülmüş müdaxilələrin olmaması və beynəlxalq sistemin çökməsi deməkdir".
İnci
Sfera.az