Bayden “Taliban”ı tanımağa hazırlaşmır: “Qarşıda uzun zaman var...”

Bayden “Taliban”ı tanımağa hazırlaşmır: “Qarşıda uzun zaman var...”
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden "Taliban"ı tanımaq üçün qarşıda uzun zamanın olduğunu bildirib.

Ağ Ev rəhbəri bunun üçün bəzi işlərin görülməli olduğunu diqqətə çatdırıb.

Maraqlıdır, Co Baydenin bu açıqlaması nəyə hesablanıb?
 
 
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov Bayden hakimiyyəti dövründə "Taliban"ın ABŞ tərəfindən tanınmayacağını deyib:

"Bayden bu bəyanatla bəlkə də bildirmək istəyirdi ki, onun prezidentliyi dövründə Taliban hökuməti Amerika Birləşmiş Ştatları tərəfindən tanınmayacaq. Çünki "Taliban”ın Baydenin imicinə vurduğu zərbə son əsrdə Amerikaya vurulan ən böyük zərbədir. Bu zərbənin nətcələrini aradan qaldırmaq üçün onilliklər lazım gələcək.

Elə məhz buna görə də Amerika Birləşmiş Ştatları "Taliban”ı hansı şərtlər daxilində tanıya biləcəyi haqda heç bir qərara gəlməyib. Dünyanın müxtəlif ölkələri bu məsələdə tələsmək istəməsələr də artıq müəyyən şərtlər daxilində yeni yaranan hökuməti tanıya biləcəklərini bəyan edirlər. Məsələn, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Taliban ölkədə vətəndaş müharibəsinin qarşısını alarsa və qadınların da daxil edildiyi inkluziv hökumət qura bilərsə, o zaman onun tanınması barədə düşünmək olar. Amma bu, hələ tezdir və gözləmək lazımdır".

Politoloq ABŞ-ın "Taliban"la münasibətləri tamamilə pozmayacağını bildirib:

"ABŞ-ın "Taliban” rejimini tanımasına gəldikdə isə fikrimcə, bunun üçün uzun müddət lazım olacaq. Qeyd etdiyim kimi, Bayden hökumətinin bu rejimi tanıyacağını düşünmürəm. Bu hadisə növbəti prezidentlərin hakimiyyəti zamanı baş verə bilər. Təbii ki, əgər o vaxta qədər "Taliban” bu gün dünya dövlətlərinə verdiyi sözü tutarsa və onun qurduğu hökuməti tanıyan dövlətlərin sayı yetərincə olarsa...

Amma ABŞ-ın Talibanı tanımaması onunla bu və ya digər dərəcədə münasibətlər saxlamasının qarşısını almayacaq və Amerika administrasiyası "Taliban”la de-fakto münasibətlər saxlayacaq".
 
İnci
 

OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...