Azərbaycanda şagird sıxlığı olan siniflərin sayı açıqlandı

Təhsil
15:09 / 07.09.2021
1280
"Azərbaycanda ötən il fəaliyyət göstərən məktəblərdə 85 626 sinif olub. Bu siniflərin 49 minində şagird sayı 20-dən azdır. 311 sinifdə isə şagird sayı 40-dan çoxdur".
Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bildirib.
Nazir bu göstəricinin təhsil sistemində ciddi problem olmadığını bəyan edib: "Təhsil sisteminin təxminən 0.4 faizini şagird sıxlığı olan problem var. Valideynlər övladlarını daha az sıxlığı az olan məktəblərə göndərə bilərlər. Sadəcə valideynlər öz istəyi ilə müəyyən müəllimi və ya sinfi istəyərək bu sıxlığa şərait yaratmış olurlar".