Şəmkirdə qanun pozuntusunun qarşısı alındı - VİDEO

Şəmkirdə qanun pozuntusunun qarşısı alındı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Bu barədə Sfera.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bu çərçivədə, Xidmət tərəfindən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki,

- Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının tələblərinə zidd olaraq, Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan obyektin təyinatı dəyişdirilib;

- odadavamlılığın artırılması üçün tikililərin taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb;

- yanğın su hovuzuna yanğın avtomobilininin yan alıb su götürə bilməsi üçün 12x12 metr ölçüdə bərk örtüklü meydança salınmayıb;

- tələb olunan sahələrdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- obyekt normativ sənədlərin tələblərinə uyğun olaraq odsöndürənlərlə təchiz olunmayıb, mövcud olan odsöndürənlərin tərkibi isə yenisi ilə əvəz edilməyib;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, yanğın təhlükəli qeyri-standart elektrik sobalarının istismarına yol verilib.

Beləliklə, mövcud vəziyyətdə obyektdə baş verə biləcək yanğın qısa zamanda geniş əraziyə yayılmaqla faciə qaçılmaz olacaqdır.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, "Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilən Şəmkir rayonu, Çinarlı qəsəbəsində fəaliyyət göstərən ticarət mərkəzinin ərazisində yerləşən ictimai-iaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.



OXŞAR XƏBƏRLƏR

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.   Xüsusilə uşaqlı qadınlar üç...

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....