Saxta COVID-19 pasportu satan tibb bacısı barəsində cinayət işi başlanıldı

Saxta COVID-19 pasportu satan tibb bacısı barəsində cinayət işi başlanıldı
"Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin Ailə Sağlamlıq Mərkəzində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Göygöl rayon prokurorluğunda araşdırma aparılıb.

Göygöl rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla həmin tibb mərkəzinin böyük tibb bacısı Ülviyyə Quliyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edərək bir neçə şəxsin COVID-19 əleyhinə peyvənd olunmadıqları halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

Rəhbərlik etdiyim təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçi...

Naxçıvanda AĞIR QƏZA: ölən və yaralananlar var - FOTOLAR

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.   Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə a...