Neft Fonduna 20 ildə 157 milyard dollar daxil olub

Neft Fonduna 20 ildə 157 milyard dollar daxil olub
2001-ci ildən 2021-ci ilin sentyabrın 1-nə qədər Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) daxil olan vəsaitin həcmi 157 milyard dollara çatıb. 

Sfera.az ARDNF-ə istinadən xəbər verir ki, Neft Fondunun indiyə qədərki mədaxili Azəri Çıraq Günəşli (AÇG) yatağı üzrə 152 milyard 893 milyon dollar, "Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər  3 milyard 797 milyon dollar olub. Ümumilikdə, Fond 20 ildə 156,69 milyard dollar nağd pul əldə edib. 

2021-ci ilin 8 ayında isə Neft Fondu AÇG yatağı üzrə 3 milyard 488,5 milyon dollar, "Şahdəniz” yatağından (qaz və kondensat) 130 milyon 137 min dollar gəlir əldə edib. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR