COVID pasportu soruşmadıqları üçün kafedə dava saldı

COVID pasportu soruşmadıqları üçün kafedə dava saldı
Qubada 3 gün öncə kafeyə gedən dostlar yeyib-içdikdən sonra obyektin icarədarı ilə mübahisə ediblər. Belə ki, onlar COVID-19 pasportları olmadan içəri buraxdığına görə sahibkarı söyüblər.

Sfera.az xəbər verir ki, hadisə sentyabrın 3-də rayonun Timiryazev qəsəbəsində yerləşən çay evində, saat 23:00 radələrində baş verib. 

Çay evinin icarədarı məhkəmədə ifadə verərək deyib ki, sentyabrın 3-də tanımadıqları bir neçə nəfər çay evində pivə içiblər: "Sonra onlardan biri mənə yaxınlaşıb niyə vaksin olunması barədə COVID pasportu olmadan onları içəri buraxıb, xidmət etdiyimizi soruşdu. Mən də onların masasının yığışdırılmasına göstəriş verdim, həmin şəxslər çay evində uca səslə nalayiq söyüşlər söyüblər. Mən də polis çağırdım”.

Məhkəmədə ifadə verən Hafiz Qulamov (şərti) həmin vaxt içkili olduğu üçün özünü təqsirli bilmədiyini deyib: "Araq içdikdən sonra dostum Tahirlə pivə içməyə çay evinə getdik. Orada qışqıra-qışqıra söyüşlü zarafatlar eləyirdik. Çay evinin sahibi bizim etdiyimiz hərəkətə görə əvvəlcə stolu yığışdırdı, sonra da polis çağırdı. Bu zaman polislə aramızda mübahisə yarandı. Mən də özümdə olmadığım üçün söyüş söydüm. Elədiyim əməldən dolayı peşmanam və bir daha belə hallara yol verməyəcəyəm”.

Quba rayon məhkəməsinin hakimi İlqar Məmmədovun hökmü ilə Hafiz Qulamov 10 gün müddətinə inzibati qaydada həbs edilib. // "Qafqazinfo” 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

Rəhbərlik etdiyim təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçi...

Naxçıvanda AĞIR QƏZA: ölən və yaralananlar var - FOTOLAR

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.   Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə a...