Flora Kərimova Prezident təqaüdünü 2 qaziyə bağışladı

Maqazin
10:21 / 06.09.2021
4544
Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb.
Sfera.az News24.az-a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib.
Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizovdur.