Braziliya - Argentina oyunu təxirə salındı - VİDEO

Braziliya - Argentina oyunu təxirə salındı - VİDEO
I MDB Oyunlarında tayboks idman növündə mübarizə başlayıb.

DÇ-2022-nin seçmə mərhələsində Braziliya Argentina yığmasını qəbul edib.

Sfera.az xəbər verir ki, oyunun başlanmasından dörd dəqiqə sonra matç dayandırlıb - 0:0. 

Meydana Braziliya Milli Sağlamlıq Nəzarət Agentliyinin əməkdaşları və polislər daxil olub.

Onların məlumatına görə, Argentina yığmasının dörd futbolçusu karantin rejimini pozaraq ölkəyə daxil olublar.
 

Bunlar, Emiliano Martines, Emiliano Buendia (hər iki futbolçu  "Aston Villa”da oynayır), Covanni Lo Çelso, Kristian Romero ( hər iki futbolçu "Tottenhem”də çıxış edir)

Böyük Britaniyadan Braziliyaya gələnlər 14 gün karantində olmalıdırlar.

Məlumata görə, adı qeyd olunan futbolçular karantin rejimini pozublar. Qeyd olunur ki, Argentina yığmasının futbolçuları meydanı tərk ediblər.

Nəticədə DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Braziliya – Argentina oyunu təxirə salınıb.xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibindən üstün olub.

Ermənistandan olan Alen İsraelyana güclü zərbələr endirən Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib.

OXŞAR XƏBƏRLƏR