Ermənistanda fermerlər İrəvan-Arazdəyən yolunu bağladı

Dünya
14:11 / 04.09.2021
2965
Ermənistanda üzümçülüklə məşğul olan kəndlilər İrəvan-Arazdəyən yolunu bağlayıblar.
Sfera.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, kəndlilər yolu etiraz əlaməti olaraq bağladıqlarını bəyan ediblər.
Belə ki, fermerlər üzümün alış prosesindən narazı olduqlarını bildiriblər. Onlar Zəngibasarın qubernatoru ilə görüş tələb ediblər.
Hazırda əraziyə polislərin gəldiyi bildirilib.