Göyçayda narkotik becərən şəxs saxlanıldı

Göyçayda narkotik becərən şəxs saxlanıldı
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, rayonun Qarabaqqal kəndi ərazisindəki torpaq sahəsində narkotik tərkibli bitkilərin becərilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir nəticəsində orada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxsin kənd sakini Nicat Hacıyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.Ona məxsus həmin torpaq sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 30 kiloqramdan artıq olan 12 ədəd çətənə bitkisi və 287 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı N.Hacıyevin narkotik vasitəni həm şəxsi istifadəsi, həm də satış məqsədilə becərdiyi məlum olub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

Rəhbərlik etdiyim təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçi...

Naxçıvanda AĞIR QƏZA: ölən və yaralananlar var - FOTOLAR

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.   Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə a...