“Rezidentura” jurnalının üçüncü nömrəsi çapdan çıxdı

“Rezidentura” jurnalının üçüncü nömrəsi çapdan çıxdı

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən "Rezidentura” xüsusi buraxılışının üçüncü nömrəsi nəşr edilib.

 

TQDK-dan Sfera.az-a bildirilib ki, jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, "Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc olunub.

 

Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2015-ci ildə rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları verilib.



OXŞAR XƏBƏRLƏR