Dollar ucuzlaşmağa davam edəcək - SƏBƏB

Dollar ucuzlaşmağa davam edəcək - SƏBƏB
ABŞ dollarının aparıcı 6 valyutaya qarşı orta məzənnəsini göstərən Dollar İndeksi yarım aydır ki, aşağı doğru meyl edir.

 

 

Sfera.az bildirir ki, Dollar İndeksi avqustun 20-də 93,7 səviyyəsinə çatdıqdan sonra, davamlı düşərək 92,1 həddinə enib. Müqayisə edilən müddətdə dollar 1,7 faiz ucuzlaşıb.

 

 

 

Dolların ucuzlaşması COVID-19 virusunun yayılmasında növbəti dalğanın baş verməsi və pandemiyanın yenidən ABŞ iqtisadiyyatına mənfi təsir edəcəyi gözləntiləri ilə bağlıdır. Bugünlərdə ABŞ-da kənd təsərrüfatından xaric məşğulluq göstəriciləri açıqlanacaq. Proqnozlaşdırılır ki, ötən ayda məşğulluq 750 min nəfər artacaq. Bu artım səviyyəsi iyulda qeydə alınan göstəricidən (930 min) azdır.

 

 

Proqnozun özünü doğrultması o demək olacaq ki, ABŞ-da yeni iş yerlərinin açılma sayı azalıb. Bu vəziyyətdə ABŞ mərkəzi bankının monetar genişləndirmə planının təxirə salması ləngiyə bilər.

 

 

Mərkəzi bank hər ay 120 milyard dollar dəyərində əlavə pulu dövriyyəyə buraxır. Bununla bazarda dolların həcmi artır ki, bu da iqtisadi aktivliyin artmasına, tələbin güclənməsinə, məşğulluq göstəricilərinin yaxşılaşmasına və inflyasiyanın yüksəlməsinə kömək edir.

 

 

ABŞ mərkəzi bankı qeyd edilən göstəricilərin arzulanan səviyyəyə çatdığını əsas gətirərək əlavə dollar emissiyasını dayandırmaq və ya azaltmaq istəyir.

 

Ekspertlər güman edir ki, məşğulluqdakı artımın zəifləməsi mərkəzi bankı monetar genişləndirmə siyasətini təxirə salmağı bir neçə ay ləngidəcək ki, bu da dolların bahalaşmasının qarşısını alacaq.

 

 

Avqustun 20-dən sonra dolların ucuzlaşması da məhz qeyd edilən vəziyyətlə bağlıdır.


 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

DYP hərəkət iştirakçılarına müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Bu barədə Sfera.az-a BDYPİ-dən məlumat...

Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlandı

2025-ci il ərzində valideyn himayəsindən məhrum olan və dövlətin qayğısı ilə əhatə olunan uşaqların övladlığa verilməsi istiqamətində mühüm addımlar atılıb. ...

Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşdü

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Re...

“Qarabağ” daha bir legionerlə vidalaşdı

“Qarabağ”ı tərk edən daha bir futbolçunun adına aydınlıq gəlib.   Sfera.az Futbolinfo.az-a istinadən xəbər verir ki, hücumçu Redon Cica n...

Azərbaycanın mövqeyi qəbul olunub: Əbu-Dabi görüşünün - DETALLARI

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir. &n...

Uşaq Qəbələdə kirayə tutduqları villanın hovuzunda boğuldu

Qəbələdə faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, Bakının Qaradağ rayonu Lökbatan qəsəbə sakini 2021-ci il təvəllüdlü C.Qasımova ray...