Əzizovların adından dələduzluq edən şəxsin məhkəməsi başlayır

Əzizovların adından dələduzluq edən şəxsin məhkəməsi başlayır
 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib.

Sfera.az Kriminalqafqaz-a istinadən xəbər verir ki, Səbail, Yasamal, Nəsimi rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının baş müdiri olan Aydın Əzizovun keçmiş sürücüsü Həsən Zöhrəbəyov Əzizovlarla qohum olduğunu deyərək vətəndaş Gülnarə Vəliyevaya övladlarını işə düzəldəcəyi vədini verib. O, bunun qarşılığında G.Vəliyevadan 13350 manat pul alıb.

H.Zöhrəbəyov G.Vəliyevanın qohumu Lalə İsmayılovanın oğlunu hərbi xidmətdən saxlatdırmaq vədi ilə isə sonuncudan 4 min manat alıb. Daha sonra Həsən Zöhrəbəyov yoxa çıxıb və xanımların zənglərinə cavab verməyib.

Hadisə ilə bağlı zərərçəkənlərin şikayəti əsasında başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatına verilib. Gülnarə Vəliyeva və Lalə İsmayılova ilə yanaşı, Aydın Əzizov da iş üzrə zərərçəkən qismində tanınıb.

Qeyd edək ki, Aydın Əzizov Bakıda 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri vəzifəsini icra edir. 

Fotoda: Aydın Əzizov


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

Rəhbərlik etdiyim təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçi...

Naxçıvanda AĞIR QƏZA: ölən və yaralananlar var - FOTOLAR

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.   Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə a...