Bu ölkələr Azərbaycandan ildə 100 milyon dollarlıq məhsul alır

Bu ölkələr Azərbaycandan ildə 100 milyon dollarlıq məhsul alır
Rusiya və Türkiyə Azərbaycan üçün əsas kənd təsərrüfatı məhsullarının ixrac bazarıdır. Adıçəkilən qonşularımızın hər biri ildə 100 milyon dollardan artıq kənd təsərrüfatı məhsulu alır. 

Rusiyanın payı Türkiyə ilə müqayisədə daha böyükdür. Bəzi məhsul qrupları üzrə Rusiyanın payı 50 faiz, bəzilərində isə 90 faizdən çoxdur.  

Sfera.az bildirir ki, 2021-ci ilin birinci yarısında Azərbaycan 439,2 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu satıb. Aqrar malların ixracının 40,2 faizi tərəvəz, 29,6 faizi meyvə, 27,8 faizi pambıq, 2,4 faizi dəri, tütün və digər mallardır. 
Azərbaycan ilin birinci yarısında 176,5 milyon dollarlıq tərəvəz satıb. Tərəvəzin 172,5 milyon dollarını Rusiya alıb. Rusiya Azərbaycanın satdığı tərəvəzin 97,7 faizinin alıcısıdır. 

Ölkəmiz eyni dövrdə 130 milyon dollar dəyərində meyvə ixrac edib. Rusiya Azərbaycan meyvəsinin 109 milyon dollarlıq hissəsini, yəni 83,8 faizini alıb. 

Türkiyə Azərbaycandan pambıq və gön-dəri alır. İlin birinci yarısında pambıq ixracının bazar dəyəri 122 milyon dollar təşkil edib. Bu qədər pambığın 119 milyon dollarını və ya 97,5 faizini Türkiyəyə satmışıq. Qardaş ölkə Azərbaycanın ixrac etdiyi gön-dərinin də əsas alıcısıdır. İlk 6 ayda 6 milyon dollarlıq gön-dəri satmışıq ki, bunun da 5,65 milyon dollarını, yəni 94,2 faizini Türkiyə idxal edib.

Ümumiləşdirsək, kənd təsərrüfatı mallarının 65 faizindən çox hissəsini Rusiya, 30 faizindən artığını isə Türkiyə alır. İki ölkə birgə Azərbaycanın satdığı kənd təsərrüfatı mallarının 95 faizdən çoxunu idxal edir.  

Azərbaycanın kənd təsərrüfatı mallarının satışının 2 ölkənin bazarından asılı vəziyyətdə olması yaxşı hal deyil. Bu hal bir sıra iqtisadi risklər yaradır. 

Məlumatlar göstərir ki, əgər Rusiya ölkəmizdən kənd təsərrüfatı mallarının idxalını dayandırarsa, ölkəmizdən aqrar məhsulların ixracının dəfələrlə azalmasına səbəb olacaq. Eynilə Türkiyə də idxalı dayandırsa, kənd təsərrüfatı mallarının satış imkanları xeyli məhdudlaşacaq. 

Bu vəziyyəti dəyişmək üçün Azərbaycan qeyri-ənənəvi bazarlara, xüsusən də Avropa Birliyi ölkələrinin bazarına çıxış yollarını tapmalıdır.

Vasif
Sfera.az
 






OXŞAR XƏBƏRLƏR

DYP hərəkət iştirakçılarına müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Bu barədə Sfera.az-a BDYPİ-dən məlumat...

Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlandı

2025-ci il ərzində valideyn himayəsindən məhrum olan və dövlətin qayğısı ilə əhatə olunan uşaqların övladlığa verilməsi istiqamətində mühüm addımlar atılıb. ...

Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşdü

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Re...

“Qarabağ” daha bir legionerlə vidalaşdı

“Qarabağ”ı tərk edən daha bir futbolçunun adına aydınlıq gəlib.   Sfera.az Futbolinfo.az-a istinadən xəbər verir ki, hücumçu Redon Cica n...

Azərbaycanın mövqeyi qəbul olunub: Əbu-Dabi görüşünün - DETALLARI

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir. &n...

Uşaq Qəbələdə kirayə tutduqları villanın hovuzunda boğuldu

Qəbələdə faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, Bakının Qaradağ rayonu Lökbatan qəsəbə sakini 2021-ci il təvəllüdlü C.Qasımova ray...