Xoşqədəm Hidayətqızı qəzəbləndi: "Onlara ömürlük həbs belə azdır!”

Xoşqədəm Hidayətqızı qəzəbləndi:
"Bu aralar sosial şəbəkələrə çox az vaxt sərf edirəm. Dünən axşam bu xəbəri oxudum və sabaha qədər gözümə yuxu getmədi”.
 
Sfera.az bildirir ki, bunu tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı 23 yaşlı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümündən danışarkən deyib.

Aparıcı qeyd edib ki, hadisə ilə tanış olanda bir anlıq evdə döyülən, qayınana, ər tərəfindən işgəncələrə məruz qalan onlarla qadının aparıcıya gizli müraciətlərini, onların göz yaşı ilə yazılmış dərdlərini xatırlayıb:

"Görəsən, onlardan neçəsi bu bəxtsiz bacımız kimi həyatını itirib? Yetmədimi bu qədər qadının, uşağın ölümü? Nədir qadınların günahı?”

Aparıcı qadınlara qarşı zorakılıq edənlərə ömürlük həbs cəzası verilməli olduğunu qeyd edib:

"Bir etiraf da edəcəyəm: bu təzyiq, işgəncə təkcə ailə daxilində deyil, cəmiyyətimizdə də qadına qarşı nifrət püskürən, qadını linç etməyə çalışan şərəfini itirmişlər var. Məncə, qadınlara qarşı bu iyrəncliklərə son qoyulmalıdır. Ən ağır cəzalar tətbiq edilməlidir. Qadını intihara, ölüm sürükləyən isanlara ömürlük həbs belə azdır!”

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR