Məşhur müğənninin valideynləri boşanır: Atası anasından 1 milyon təzminat tələb etdi

16:50 / 03.09.2021
2142
Türkiyəli müğənni İrem Dericinin valideynləri boşanır.
Sfera.az bildirir ki, ifaçının atası Hulusi Derici 21 illik həyat yoldaşı Selma Dericiyə dava açaraq 1 milyon türk lirəsi məbləğində təzminat tələb edib.
Bununla yanaşı, o, iki uşağının da qəyyumluğunu istəyib. Hulusinin sözlərinə görə, həyat yoldaşı ona aid olan malları öz adına keçirərək sui-istifadə edib. Eyni zamanda Selma Dericinin öhdəsinə düşən işləri yerinə yetirmədiyi və sözlü şiddət tətbiq etdiyi bildirilib.
Türkan
Sfera.az