Xalq artistinin xanımı ağır xəstəliyə yoluxub - FOTOLAR

Xalq artistinin xanımı ağır xəstəliyə yoluxub - FOTOLAR

Azərbaycanın xalq artisti, sevimli aktyorun həyat yoldaşı ağır xəstəliyə tutulub.

 

Komediya aktyoru Arif Quliyevin xanımı ağır xəstədir. Xalq artistinin həyat yoldaşı XXI əsrin bəlası olan Hepatit C-yə yoluxub.

Xəstəlik 57 yaşlı xanımda təxminən 6 ay əvvəl aşkarlanıb. Uzun müddət xəstəxanada müalicə alan xəstəyə artıq 2-ci qrup əlillik dərəcəsi təyin edilib.

Arif Quliyev açıqlamasında xanımının müalicəsi üçün külli miqdarda vəsaitin tələb olunduğunu bildirib:

"Çox çətindir, qaraciyəri, demək olar ki, sıradan çıxıb. Düzdür, prezident təqaüdçüsüyəm, fəxri adımın təqaüdünü də alıram, amma yenə də xərcləri ödəmir. Arada-sırada toylara gedirəm.

Heç kəsi narahat etmək istəmirəm. Sağ olsun prezident, 3 ay əvvəl mənim Türkiyədə əməliyyat olunmağıma yardım etdi. Artıq utanıram, heç kəsi narahat etmək istəmirəm. Bir evim var, lazım gəlsə, onu satıb həyat yoldaşımın müalicəsinə xərcləyəcəyəm".

Hazırda 66 yaşlı Arif Quliyevin öz səhhəti də qənaətbəxş deyil. Biz komediya aktyoru ilə telefon əlaqəsi saxlayan zaman həkim qəbulunda idi. Əsas problemi beyinə qanın normal işləməməsidir.

 

Mövzuya aid fotolar:

 

 
Xalq artistinin xanımı ağır xəstəliyə yoluxub - FOTO (1)
 
Xalq artistinin xanımı ağır xəstəliyə yoluxub - FOTO (2)
 
Xalq artistinin xanımı ağır xəstəliyə yoluxub - FOTO (3)
 
Xalq artistinin xanımı ağır xəstəliyə yoluxub - FOTO (4)
 
Xalq artistinin xanımı ağır xəstəliyə yoluxub - FOTO (5)
 
Xalq artistinin xanımı ağır xəstəliyə yoluxub - FOTO (7)
 


OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...