Böyük Britaniya əfqanları qəbul edən ölkələrə maddi yadım edəcək

Dünya
16:23 / 03.09.2021
1219
Böyük Britaniya Taliban qruplaşmasından qaçan əfqanıstanlılara dəstəklə bağlı qərar verib. Belə ki, həmin əfqanları qəbul edən Əfqanıstana qonşu ölkələrə 30 milyon funt sterlinq məbləğində maliyyə yardımı göstəriləcəyi açıqlanıb.
Sfera.az xəbər verir ki, Britaniya hökuməti ilk növbədə sərhədlərdə qurulacaq sığınacaq və sanitariya qurğuları üçün 10 milyon funt sterlinqin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və digər humanitar təşkilatlara köçürəcək.
Pulun qalan hissəsi çox sayda əfqan qaçqını qəbul edəcək qonşu ölkələrə onların əsas ehtiyaclarını ödəmək üçün veriləcək.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilin sonunadək 500 minə yaxın Əfqanıstan vətəndaşının ölkələrinin tərk edəcəyini ehtimal edir. Bu insanların böyük qisminin Pakistana gedəcəyi gözlənilir.
Əfqanıstanın digər qonşusu Tacikistan 100 min qaçqını, Böyük Britaniya isə öz növbəsində bu il üzrə 5 min, ümumilikdə isə 20 minə yaxın qaçqını qəbul etməyə hazır olduğunu açıqlayıb.
Əzizə Zeynal
Sfera.az