Azərbaycanın hansı rayonunda alınan krediti qaytarmırlar? – Problemli kreditlərlə bağlı VACİB AÇIQLAMA

16:11 / 03.09.2021
2229
"Ölkə üzrə ən çox problemli kredit Gədəbəy rayonundadır
– ümumi kredit portfelinin 14,4%-i problemlidir".
Sfera.az xəbər verir ki, bunu iqtisadçı
ekspert Natiq Cəfərli deyib. Ekspert Bakı şəhəri üzrə bu göstəricinin 6,4% təşkil
etdiyini deyib:
"Ölkədə
problemli kreditlərin həcmi sürətlə
artır, son 1 ayda artım 2,5% olub, indi ümumi kredit portfelinin 6,1%-i
problemli kreditlər təşkil edir - dünyada kritik hədd 3% sayılır, bizdə bu həddi
artıq 2 dəfədən çox keçilib.
N.Cəfərli problemli kreditlərin Naxçıvan Muxtar
Respublikasında daha az olduğuna diqqət çəib:
"Maraqlı bir məqam da var ki, ölkə üzrə ən az
problemli kredit Naxçıvandadır - Sədərək rayonuda 1%, Şərurda isə 0,8%.".
Sfera.az