Adriana Limanın bu fotoları çaşqınlıq yaratdı - Hamilədir, yoxsa...?

Adriana Limanın bu fotoları çaşqınlıq yaratdı - Hamilədir, yoxsa...?
Məşhur braziliyalı model Adriana Limanın hamilə olduğu iddia edilib.
 
Sfera.az bildirir ki, 78-ci Venesiya Kino Festivalının açılışına yeni sevgilisi prodüser Andre Lemmer ilə birlikdə gələn modelin kilo alması diqqət çəkib.  Eyni zamanda ulduzun simasındadı fərqlilik də sevənlərini düşündürüb.

Bir qism bu dəyişikliyi "Adriana sanki özü kimi deyil, başqasına oxşayır”, kimi qiymətləndirib. Bəziləri modelin estetik əməliyyatlar etdiyini və buna görə fərqli göründüyünü vurğulayıb. Xüsusilə, qarın bölgəsində şişkinlik müşahidə edilən model barədə hamiləlik iddiaları da səsləndirilib. Çoxluq isə Limanın 40 yaşı olduğunu xatırladaraq  yaşına uyğun dəyişikliyin normal olduğunu qeyd edib. 

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR