Qəbələdə məktəbli qız intihar edib

Kriminal
15:22 / 03.09.2021
1159
Qəbələ rayonunda məktəbli qız özünü asıb.
Sfera.az-ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində baş verib.
Belə ki, 2008-ci il təvəllüdlü Həlimə Emin qızı Hüseynova özünü asaraq intihar edib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.