Tanınmış prodüserə əməliyyat zamanı infeksiya düşüb - Vəziyyəti kritikdir

Maqazin
15:20 / 03.09.2021
1145
Tanınmış prodüser və aparıcı Sayqa Cahid İstanbulda xəstəxanaya yerləşdirilib.
Sfera.az bildirir ki, bu barədə aparıcı Firuzə Cəlilova məlumat verib. O bildirib ki, hazırda prodüserin vəziyyəti ağırdır:
"Böyrəyində daş var idi, əməliyyat uğursuz keçib. Əməliyyat bitdikdən sonra ona stend qoyulub. Stendi çıxarandan sonra davamlı şəkildə qızdırması olub. Sayqa hər gün kritik vəziyyətdə xəstəxanaya aparılıb-gətirilib. Axırda məcbur olaraq İstanbula gətirməli olublar.
Həkimlər təcili konsilium edərək vəziyyətinin çox ağır olduğunu bildiriblər. Qırmızı qan hüceyrələri həddən artıq düşüb. Hətta həkimlər onun sağ qaldığına məəttəl qalıb. Addım belə ata bilmir”.
F.Cəlilova qeyd edib ki, həkimlər Sayqanı kritik vəziyyətdən çıxarmağa çalışır:
"Əməliyyat zamanı infeksiya düşdüyü üçün böyrəyi şişib. Bədəndə olan infeksiya yüksəlib. Həkimlər onu kritik vəziyyətdən çıxara bilsələr, yenidən əməliyyat edəcəklər”.
Türkan
Sfera.az