Bakıda neft quyularından 600 min dollarlıq oğurluq edildi

Kriminal
14:43 / 03.09.2021
1489
Bakıda neft quyularından külli miqdarda məbləğdə mühərrik və generatorun hissələrini oğurlayan 3 nəfər saxlanılıb.
DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, avqustun 31-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus neft quyularından 591 900 ABŞ dolları dəyərində mühərrik və generatorun hissələri oğurlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakinləri K.Kərimov, Ş.Babaşov və Bakı şəhər sakini Y.Rüstəmov saxlanılıblar.