Türkiyə və İsrail barışmaq qərarına gəliblər

Türkiyə və İsrail barışmaq qərarına gəliblər

 

Türkiyənin xarici işlər nazirinin müavini Firudin Sinirlioğlu İsrail ilə münasibətlərin normallaşmasına dair razılaşmaya imza atıb. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu sənədə İsralin XİN tərəfindən Tel-Əvivdə ölkənin xarici siyasət idarəsinin baş direktoru Dori Qoldimzalayıb. 

Beləliklə, indi razılaşma parlamentin müzakirəsinə çıxarılacaq. Sənədin qüvvəyə minməsi üçün Türkiyə tərəfindən qanunverici orqanın təsdiqi və prezidentin imzası tələb edilir. Bundan sonra səfirlərin təyin edilməsi məsələsi həll olunacaq. 

Qeyd edək ki, münasibətlərin normallaşması üzrə razılaşma hökumətlər tərəfindən bazar ertəsi qəbul edilib. Razılaşmaya görə, münasibətlərin bərpası üçün İsrail Türkiyənin şərtlərini qəbul edib.

Əsasən o, 2010-cu ildə "Marvi Mərmərə”nin zəbt edilməsi zamanı öldürülənlərə görə 20 milyon dollar ödəyib. Tərəflər Qəzza sektorunun blokadasının zəiflədilməsinə dair razılaşıblar. Cümə günü Türkiyə fələstinlilərə humanitar yardımın olduğu ilk gəmini yollayacaq, orada elektrik stansiya, yaşayış evləri və sutəmizləyici qurğular tikəcək. 

 


OXŞAR XƏBƏRLƏR

Audiovizual Şuranın növbəti iclası keçirildi

18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilmişdir.   Sfera.az xəbər verir ki, iclasda audiov...

Gürcüstanlı səyyahlar Ağdama səfər etdilər

Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər.   Sfera.az xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda törətdiyi dağıntılar, aparılan y...

“Qarabağ”ın oyununa satılan biletlərin sayı AÇIQLANDI

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa satılan biletlərin sayı müəyyənləşi...

Məşhur iş adamına AĞIR İTKİ - FOTO

«ISR Holding» şirkətlər qrupunun prezidenti, məşhur iş adamı İsgəndər Xəlilova ağır itki üz verib.   Sfera.az Manset.az-a istinadən xəbər...

“Bu, transların verə biləcəyi bir qərardır” - Elşad Miri + VİDEO

 “Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaş...

Azərbaycanda yaşamaq üçün 54 mindən çox əcnəbi müraciət etdi

Ötən 9 ayda Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddə...