Yaponiyanın Baş naziri istefa verdi

Dünya
10:56 / 03.09.2021
818
Yaponiya Baş naziri Suqa Yoşihide son bir ildə liderlik etdiyi hakim Liberal Demokrat Partiyasının (LDP) ayın sonunda baş tutacaq rəhbərlik seçkilərinə qatılmayacağını açıqlayıb.
Sfera.az xəbər verir ki, baş nazirin açıqlaması de-fakto istefa qərarı kimi qəbul olunub.
Suqa Yoşihide KİV-ə verdiyi açıqlamada partiya liderliyi uğrunda mübarizə aparmaqdan imtina etdiyini və bütün gücünü COVID-19-la mübarizəyə sərf etmək istədiyi üçün bu qərarı verdiyini açıqlayıb.
Ötən ay Yaponiyada keçirilən sorğuda Suqa və kabinetinə ictimai etimadın 29 faizə düşdüyü məlum olmuşdu.
Əzizə Zeynal
Sfera.az