“Taliban”ın 350 döyüşçüsü öldürüldü

Dünya
10:26 / 03.09.2021
859
"Taliban”nın 350 döyüşçüsü öldürülüb.
Sfera.az bildirir ki, hadisə Pəncşir əyalətindəki müqavimət qüvvələri ilə "Taliban" arasında gedən münaqişələr zamanı baş verib.
Belə ki, "Taliban" Kabilin 150 kilometr şimal-şərqində yerləşən bölgədə bəzi nöqtələri ələ keçirdiyini iddia etsə də, Əhməd Məsudun liderliyində müqavimətçilərin bütün girişləri nəzarət altında tutduğu açıqlanıb.
Pəncşir əyalətindəki müqavimət qüvvələrinin nümayəndəsi Fahim Daşti isə 350 "Taliban" döyüşçüsünün öldürülməsi ilə yanaşı, bir çoxlarının da əsir götürüldüyünü deyib.
Günay Rəsulqızı
Sfera.az