Qlobal ərzaq qiymətləri yenidən artıb – Hansı məhsullar daha çox bahalaşıb?

Qlobal ərzaq qiymətləri yenidən artıb – Hansı məhsullar daha çox bahalaşıb?
Qlobal qida qiymətləri iki aylıq fasilədən sonra yenidən yüksəlib.
 
Sfera.az bildirir ki, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) avqust ayı üzrə Qlobal Qida Qiymətləri İndeksini açıqlayıb. Məlumatdan görünür ki, indeks avqustda aylıq müqayisədə 3,1 faiz, illik müqayisədə 32,9 faiz yüksəlib.
 
FAO qeyd edir ki, indeksin 2 ay ardıcıl düşməsindən sonra artması şəkər, bitki yağları və taxıl qiymətlərinin artması ilə bağlıdır.
 
Taxıl qiymətləri aylıq müqayisədə 3,4 faiz, illik müqayisədə 31,1 faiz artıb.

Bitki yağlarının qiyməti 5 ay idi ki, düşürdü. Avqustda bitki yağları 6,7 faiz bahalaşıb.
 
Şəkərin qiymətində artım isə aylıq müqayisədə 9,6 faiz olub.

Ət qiymətləri də həm aylıq, həm də illik müqayisədə yüksəlib. Aylıq müqayisədə bahalaşma cüzi olsa da, illik müqayisədə 22 faiz təşkil edib.

Süd məhsulları avqustda aylıq müqayisədə ucuzlaşsa da illik müqayisədə 13,6 faiz artıb.
 
Məlumatların təhlili göstərir ki, dünyada hələ də ərzaq qiymətləri yüksəlişə meyillidir və qarşıdakı aylarda da ərzaq məhsullarının bahalaşma imkanları qalır.
 
Vasif
 
 

OXŞAR XƏBƏRLƏR

Türkiyəli tanınmış müğənni vəfat etdi - FOTO

Türk musiqisinin və səhnə sənətinin unudulmaz simalarından biri olan Rüçhan Çamay 94 yaşında dünyasını dəyişib.   Sfera.az Milli.Az-a istinadən ...

İlham Əliyev BMMT Baş Assambleyasının növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Assambleyasının üçüncü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb. &...

Ərdoğana yeni səlahiyyət verilir

Türkiyədə Xüsusi Qüvvələr Komandanlığına təyin olunan quru qoşunları və hərbi dəniz qüvvələrinin generallarının yaş həddi 67-yə qaldırılacaq.   Sfera...

“Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki...

Hava dəyişkənliyi psixoloji problemlərə yol aça bilər? - Psixoloqdan AÇIQLAMA

Son günlərdə hava şəraitinin dəyişkənliyi bəzi insanlar üçün xoş qarşılansa da, digərləri üçün mənfi təsir göstərir. Küləkli və ya yağışlı hava şəraiti istirahə...

Bu tarixdən İSTİLƏR DÜŞÜR - Yay havası olacaq

İyulun ikinci ongünlüyünə qədəm qoysaq da, əsl yay havası özünü hələ indi-indi göstərməyə başlayır. Paytaxt Bakı bu səhəri gözlənilməz yağış və sərinliklə qarşı...