İngiltərə Talibanı tanımaqdan imtina etdi

Dünya
15:46 / 02.09.2021
1352
İngiltərənin xarici işlər naziri Dominik
Raab Əfqanıstanda
hakimiyyətə gələn Talibanla əlaqə
saxlamalarının lazım olduğunu, ancaq İngiltərənin Talibanla bağlı heç
bir planının olmadığını söyləyib.
Sfera.az xəbər verir ki, İngiltərənin xarici işlər naziri Dominik Raab Qətər əmiri
Əl Sani ilə Əfqanıstanda baş verənləri müzakirə edib.
Qətərdəki görüşdən sonra açıqlamalar verən nazir Talibanı tanımaq
fikrində olmadığını deyib.
İkitərəfli əlaqələrin yaxşılaşdırılması yollarının
müzakirə edildiyi görüşdə beynəlxalq və regional məsələlər, xüsusilə Əfqanıstandakı
hadisələr qiymətləndirilib.
Əzizə Zeynal
Sfera.az