Nadir Qafarzadə bu fotoya görə üzr istədi: “Sərxoş idim, bu mənim qələtimdir…” - VİDEO

Nadir Qafarzadə bu fotoya görə üzr istədi: “Sərxoş idim, bu mənim qələtimdir…” - VİDEO
Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə yayılan səmimi görüntülərinə görə üzr istəyib.

Sfera.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda danışan Nadir izləyicilıərindən üzr istəyib və həmin görüntülər çəkilən zaman səroş olduğunu etiraf edib:

"Mən artıq bu videonu paylaşmaq məcburiyyətində qaldım. Ola bilər ki, ad günü məclisinə qatılmışam, bir az işki qəbul etmişəm, ki, etmişdim. Lakin o cür hərəkət mənə yaraşmırdı, etməməli idim. Özümü o cür aparmaq mənə yaraşmırdı, çünki hər zaman çalışmışam ki, başqalarına nümunə olum. Oldu, amma bir də belə şeylər olmayacaq, yəqin ki, məni anlayarsınız. Utanıram, xəcalət çəkirəm. Bu da mənim səhvlərimdən biri idi. Çox üzr istəyirəm, ümid edirəm məni bağışlayarsınız. Çox utanıram. Bu mənim səhvimdir, qələtimdir”.

Sözügedən görüntüləri sosial şəbəkə hesabından silən Ayan Babakişiyeva da öz instaqram hesabında post paylaşaraq məsələyə münasibət bildirib: "İnsanlar fərqli olduqları kimi, düşüncələri də fərqli olur. Allah bizi düşüncələri çirkli olan insanlardan qorusun”.


OXŞAR XƏBƏRLƏR