Hindistanda havanın çirkli olması insanların ömrünü 9 il qısaldır

Dünya
15:13 / 02.09.2021
1507
Hindistanda havanın çirkli olması insanların ömrünü
9 ilədək qısalda bilir.
EPIC-in araşdırmasına görə, Hindistanda hava çirkliliyi
təxminən 520 milyon insanın ömrünü qısaldır ki, bu da ölkə əhalisinin 40 faizinə
bərabərdir.
Sözügedən araşdırmada, xüsusilə ölkənin qərbindəki
Maharashtra əyalətində və ölkənin mərkəzi hissəsində Madhya Pradeşdə hava
çirkliliyinin daha da pis həddə çatdığı ifadə edilib.
Əzizə Zeynal
Sfera.az