Lukaşenko Rusiyadan küllü miqdarda silah alır – Nəyə hazırlaşır?

15:06 / 02.09.2021
995
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin
tezliklə Rusiyadan külli miqdarda silah alacağını bildirib.
Sfera.az xəbər verir ki, Lukaşenko silahların içərisində
onlarla döyüş təyyarəsi, helikopter və hava hücumundan müdafiə sisteminin
olacağını deyib.
Ölkəsinin S-400 hava hücumundan müdafiə sistemini də
ala biləcəyini ifadə edən Lukaşenko, "S-400'ləri də ala bilərik. Onlara
çox ehtiyacımız var" -
deyə,
qeyd edib. dedi.
1994-cü ildən bəri ölkəsini dəmir yumruqla idarə
etdiyi üçün tənqid olunan Lukaşenkonun bu açıqlamasının ən böyük dəstəkçisi
olan Rusiya ilə gələn həftə başlayacaq birgə hərbi təlimdən əvvəl verilməsi də diqqət çəkib.
Əzizə Zeynal
Sfera.az