Azərbaycanda yay transfer pəncərəsi bağlandı

Azərbaycanda yay transfer pəncərəsi bağlandı

Azərbaycan klublarına 2021/2022 mövsümünün yay dövründə futbolçu transferlərini həyata keçirmək üçün verilən müddət başa çatıb.

Sfera.az xəbər verir ki, iyunun 10-da açıq elan edilən "transfer pəncərəsi” sentyabrın 1-i saat 00:00-da bağlanıb.

Klublar bundan sonra yalnız azad agent statusu daşıyan oyunçuları heyətlərinə qata biləcəklər.

Qeyd edək ki, Premyer Liqa klubları yay transfer pəncərəsində 60 futbolçu keçidi gerçəkləşdiriblər.


OXŞAR XƏBƏRLƏR