Olimpiya medalını dişləyən bələdiyyə başçısı koronavirusa yoluxdu

Dünya
11:45 / 02.09.2021
1074
Ötən ay Tokio Olimpiadasında softbol üzrə qalib gəlmiş idmançılardan birinin qızıl medalını dişlədiyi üçün tənqid olunan Naqoya bələdiyyə başçısı Takaşi Kavamura koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki, Takaşi Kavamuranın heç bir simptomunun olmadığını və evdə istirahət etdiyi bildirilib. Onun iyulun əvvəlində COVID-19-a qarşı peyvəndin ikinci dozasına qəbul etdiyi qeyd olunub.
Qeyd edək ki, o, avqustun 4-də Yaponiyanın qadın softbol komandasının üzvü Miu Gotonun qazandığı medalı dişləyərək foto çəkdirdikdən sonra tənqidlərə məruz qalıb. Epidemiya dövründə bələdiyyə başçısının belə bir hərəkət etməsi böyük qalmaqal yaradıb. O, baş verənlərdən sonra 1,5 milyon yen məbləğindəki 3 aylıq maaşını dövlətə qaytaracağını açıqlayaraq xalqdan üzr istəyib.
Əzizə Zeynal
Sfera.az