Əfqanlar ölkəni tərk etmək üçün piyada yola düşdülər – FOTO

Dünya
11:33 / 02.09.2021
1002
Kabil Hava Limanındakı təxliyə başa çatdıqdan sonra minlərlə əfqan ölkəni piyada tərk etmək üçün yola çıxıb.
Sfera.az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə əfqanların çətin şərtlərdə qonşu ölkələrə keçməyə çalışdıqları müşahidə edilib.
Ölkəni tərk etməyi bacaran əfqanların ilk təyinat yerlərinin Pakistan üzərindən İrana, oradan da Türkiyəyə olacağı bildirilib. Bundan başqa bəzi qaçqınların Avropaya da köç etmək istəyinin olduğu ifadə edilib.
Əfqan miqrantlara nəzarət edən İran qaçaqmalçıları piyada səfəri seçən şəxslərin kasıb olduğunu və onlar üçün ən uyğun təxliyənin bu şəkildə olduğunu deyib.
Əzizə Zeynal
Sfera.az