Mərkəzi Bankın ehtiyatları kəskin artıb – SƏBƏBLƏR

Mərkəzi Bankın ehtiyatları kəskin artıb – SƏBƏBLƏR
2021-ci ilin avqust ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi kəskin şəkildə artaraq 7 milyard dolları ötüb. 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, avqustda ehtiyatların həcmi 546,1 milyon dollar və ya 8,4 faiz artaraq 7,043 milyard dollara yüksəlib. 

Ehtiyatlarda artım ilin əvvəli ilə müqayisədə 677 milyon dollar, birillik dövrdə isə 558 milyon dollar olub. 

Bu ilin avqustunda valyuta ehtiyatlarının kəskin artması Beynəlxalq Valyuta Fondunun (BVF) SDR (SDR – BVF-nin hesab vahididir, onunla xüsusi borcalma həyata keçirilir) bölgüsü çərçivəsində Azərbaycanın SDR limitinin artırılması ilə bağlıdır.

Xatırladaq ki, BVF COVID-19 pandemiyasının yaratdığı böhrandan çıxmaq üçün dövlətlərin likvitlik imkanını yaxşılaşdırmaq məqsədilə 650 milyard dollar ayırıb. Bu vəsaitddən Azərbaycana 375,4 milyon SDR (532,5 milyon dollar və ya 905,24 milyon manat) verilib. 

Buradan aydın olur ki, avqustda Mərkəzi Bankın ehtiyatlarının 546,1 milyon dollarlıq artımının 532,5 milyon dolları BVF-nin ayırdığı vəsaitlə bağlıdır. Qalan 13,6 milyon dollar isə daxili imkanlar hesabına təmin edilib. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR