"Televiziya əməkdaşıyam" deyərək pul tələb edən şəxs saxlanıldı - FOTO

Özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək iaşə obyektlərinə daxil olaraq ayrı-ayrı vətəndaşlardan şantaj yolu ilə pul tələb edən şəxs barəsində Ağdam Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında aparılan araşdırmaların təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Bərdə rayonunda yaşayan Fəxri Əliyev Bərdə və Ağdam rayonlarında yerləşən iaşə obyektlərinə daxil olaraq özünü televiziya əməkdaşı və eləcə də, səlahiyyətli şəxs kimi təqdim edərək şantaj yolu ilə pul tələb etdiyi müəyyən edilib.

Belə ki, Bərdə rayonunda daxil olduğu aptekdə özünü səlahiyyətli şəxs kimi təqdim edib, maskadan istifadə edilmədiyini səbəb göstərərək 1400 manat məbləğində pul tələb edib.

Bundan başqa F.Əliyev Ağdam rayon ərazisində yerləşən marketlərdən birinə daxil olub və özünü televiziya əməkdaşı kimi təqdim edib. Obyekt daxilində tibbi maskadan istifadə edilmədiyinə dair video görüntüləri silmək üçün 50 manat məbləğində pul tələb etdiyi də müəyyən edilib.

Müəyyən edilən faktlarla bağlı şikayətçilərin ərizələri alınıb. F.Əliyev Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun digər analoji əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

Rəhbərlik etdiyim təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçi...