Prezident təyyarəsini satışa çıxardı

Dünya
11:00 / 02.09.2021
846
Ekvador Prezidenti Quillermo Lasso "LEGACY EMB-135 BJ”
xidməti təyyarəsini satışa çıxarıb.
Sfera.az xəbər verir ki, Lassonun məqsədi səmərəsiz və
lazımsız xərcləri azaltmaqdır.
Verilən rəsmi açıqlamada Quillermo Lassonun imzaladığı
fərmanla prezident təyyarəsinin birbaşa satışına icazə verdiyi açıqlanıb.
Satışa çıxarılan təyyarənin rəsmi orqanlar tərəfindən
istifadəsinin müəyyən edilən müstəsna hallarla məhdudlaşdırıldığı bildirilib.
Satışa çıxarılan prezident təyyarəsi 2007-2017 -ci illər
arasında hakimiyyətdə olmuş Ekvadorun eks-prezidenti Rafael Korrea hökuməti
dövründə Braziliyanın "Embraer” şirkətindən 28 milyon dollara alınıb. Ümumilikdə
14 sərnişin tutumuna malik təyyarədə üç ayrı kabinə, mətbəx və baqaj bölməsi
var.
Sfera.az