Türkiyəli tanınmış aktyor dünyasını dəyişdi - FOTO

10:56 / 02.09.2021
1521
Türkiyənin tanınmış aktyoru Nüsret Çetinel dünyasını dəyişib.
Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 69 yaşında vəfat edən aktyor xərçəng xəstəliyi ilə mübarizə aparıb.
1952-ci il yanvarın 26-da anadan olan N.Çetinel "Behzat Ç.”, "Muhteşem Yüzyıl”, "İzmir çetesi” kimi bir sıra seriallarda rol alıb.
Aktyor həmçinin dublyaj sahəsində də çalışıb.
Əzizə Zeynal
Sfera.az