“Rövşən Əkbərov məhkəmədə təhqiramiz ifadələr işlədir”

“Rövşən Əkbərov məhkəmədə təhqiramiz ifadələr işlədir”
Vəkil Elçin Sadıqov Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.

Sfera.az xəbər verir ki, müraciət hazırda həbsdə olan və iş adamı Elçin Əliyevi öldürməkdə ittiham edilən general-polkovnik Rövşən Əkbərovun məhkəmə prosesi ilə bağlıdır. Mərhum E.Əliyevin ailəsinin vəkili olan Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov qeyd edib ki, az ağır cinayətdə təqsirləndirilən şəxsi belə məhkəmə iclaslarında xüsusi yerlərdə saxlayırlar: "Lakin Rövşən Əkbərov xüsusilə ağır cinayətdə təqsirləndirilməsinə baxmayaraq, o, açıq məhkəmə iclasında qolunda qandal və ya ani hərəkətin qarşısını alacaq heç bir alət olmadan otuzdurulur.

İstədiyi vaxt ayağa qalxır və hərəkət edir. Şahidlərə və proses iştirakçılarına müdaxilə edir, təhqiramiz ifadələr işlədir. Hətta özünü hərbi hissədəki kimi tərbiyəsiz apararaq qarşı tərəfə "sən bağla” kimi sözlər deyir. Şahidləri təhqir edir ki, onun əleyhinə ifadə verməsin və onu ifşa etməsin.

Bütün bunlara şəraiti məhkəmə iclasına sədrlik edən, proses boyu mənimlə söz güləşdirməyə çalışan hakim Həbib Həsənov edir və buna şərait yaradır.

Rövşən Əkbərov xüsusi təyinatlıdır. Təbiətcə tezalışandır və istənilən vaxt o, digər proses iştirakçılarının həyatı və sağlamlığı üçün real təhlükədir”.

E.Sadıqov qeyd edib ki, məhkəmə iclaslarında karantin rejimi qaydaları gözlənilmir: "Rövşən Əkbərovun bütün qohum əqrabası, dost-tanışı məhkəmə iclas zalına buraxılırlar. Xahiş edirəm ki, hakim Həbib Həsənovun Rövşən Əkbərova qarşı xüsusi imtiyaz yaratmasının, Rövşən Əkbərovun bizim və digərlərinin həyatına təhlükə yaratmasının qarşısının alınması üçün öz tövsiyyələrinizi verəsiniz”.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. // "Qafqazinfo"


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

Rəhbərlik etdiyim təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçi...

Naxçıvanda AĞIR QƏZA: ölən və yaralananlar var - FOTOLAR

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.   Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə a...