İran prezidenti ABŞ-ı ittiham etdi

Dünya
17:08 / 01.09.2021
2240
İranın yeni prezidenti İbrahim Rəisi ölkəsinin onun hökuməti dövründə qonşularla münasibətə üstünlük verən xarici siyasət xəttini izləyəcəyini bildirib.
Sfera.az xəbər verir ki, İran prezidenti qonşu dövlətlərlə ticarət və iqtisadi əməkdaşlığı artırmaq üçün hər cür səy göstərməli olduğunu qeyd edərək bu əlaqələri gücləndirmək və İranın regional ticarətdəki payını artırmaq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
İbrahim Rəisi Əfqanıstandakı hadisələrə də toxunub. O, ABŞ-ın Əfqanıstandakı 20 illik mövcudluğunu açıq şəkildə törədilən insan haqları pozuntusu olaraq xarakterizə edib:
"Bu illər ərzində Əfqanıstanda ölən, yaralanan və ya şikəst vəziyyətə salınan qadın və uşaqların sayına nəzər salsaq, bu ölkənin nə qədər səssiz bir fəlakət yaşadığını görə bilərik”.
O, ABŞ-ın dünyanın müxtəlif ölkə və bölgələrində olmasının heç vaxt təhlükəsizliyə töhfə vermədiyini, əksinə ABŞ-ın bu bölgələrdə olmasının təhlükəsizliyə, sabitliyə və sülhə zərər verdiyini sözlərinə əlavə edib.
Əzizə Zeynal
Sfera.az