Qətərdən “Taliban”a dəstək

Qətərdən “Taliban”a dəstək
Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban” qruplaşmasının təcrid olunmasının sabitliyi daha da pozacağı ilə bağlı xəbərdarlıq edib. 
 
Sfera.az xəbər verir ki, XİN başçısı bu haqda almaniyalı həmkarı ilə görüşdən sonra açıqlama verib. 

O, digər ölkələri Əfqanıstanın sosial-iqtisadi və təhlükəsizlik problemlərini həll etmək üçün "Taliban”la əlaqə qurmağa səsləyib:

"Əgər şərtlər irəli sürməyə başlayaraq əlaqə yaratmağa çalışmasaq, güc boşluğu yaranacaq. Münasibət qurmağa çalışmasaq, təhlükəsizlik və ya sosial-iqtisadi sahədə real irəliləyişə nail ola bilməyəcəyik”.

Qətərli nazir xatırladıb ki, "Taliban” Əfqanıstanda hər kəsi özündə birləşdirəcək hökumət qurmağa söz verib.

Ölkənin bu hala düşməsinin səbəbini "Taliban”ı 20 il təcrid vəziyyətində saxlamaqda görən əl-Tani Kabildə nəzarətin təşkilat tərəfindən ələ keçirilməsindən sonra təxliyə və terrorizmə qarşı mübarizədə müsbət nəticələrin əldə edildiyini iddia edib.

Almaniya XİN başçısı Heliko Maas isə öz növbəsində məsələyə münasibət bildirərək ölkəsinin Əfqanıstana kömək etmək istədiyini, lakin beynəlxalq yardım üçün müəyyən şərtlərin yerinə yetirilməli olduğunu söyləyib.

"Taliban”la danışıqlar aparmaq üçün heç bir yolun olmadığını söyləyən almaniyalı nazir qeyd edib ki, beynəlxalq birlik Əfqanıstandakı qeyri-sabitliyə dözə bilməz.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...