Azərbaycanın buğda ilə özünütəminat səviyyəsi 55 faizə düşüb

Azərbaycanın buğda ilə özünütəminat səviyyəsi 55 faizə düşüb
Azərbaycan yerli istehsal hesabına buğda ilə təminatı yaxşılaşdırmaq üçün uzun illərdir ki, müxtəlif tədbirlər görsə də, təminatda hələ də nəzəçarpacaq yaxşılaşma yoxdur. 

Sfera.az bildirir ki, hökumət istehsalı artırmaq üçün 2007-ci ildən subsidiya sistemini tətbiq edib, kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif güzəştlər verir. Amma bütün tədbirlərə baxmayaraq, buğda ilə təminatda idxaldan asılılıq yüksək səviyyədə qalır. 

Düzdür, 2007-ci ildən bəri buğda istehsalında ciddi irəliləyişə nail olunub. Həmin ildə 1,33 milyon ton olan buğda istehsalı 2020-ci ildə 1,82 milyon tona çatdırılıb. Müqayisə edilən müddətdə artımın böyük olmasına baxmayaraq xaricdən buğda idxalının miqdarı 1 milyon tondan çoxdur. 

2020-ci ildə buğda istehsalında vəziyyət bir qədər də pisləşib. Ötən il istehsal 1,82 milyon tona enməklə son 3 ilin ən aşağı həddinə düşüb. Rəsmi məlumata əsasən, 2018-ci ildə 1,99 milyon ton, 2019-cu ildə 2,11 milyon ton buğda istehsal olunmuşdu. 

Ötən il Azərbaycanın buğdaya olan illik tələbatı 3,48 milyon ton olub. Bunun 1,82 milyon tonu yerli istehsal, 1,66 milyon tonu idxal hesabına ödənilib. Deməli, Azərbaycan buğdaya olan tələbatının 55 faizini yerli istehsal hesabına təmin edib. 2019-cu ildə bu göstərici 59,6 faiz, 2019-cu ildə 62,2 faiz idi. 

2020-ci ilin məlumatları göstərir ki, buğda ilə özünütəminetmə səviyyəsi ötən il pisləşib. Pisləşmənin əsas səbəbi istehsalın azalmasıdır. 

Buğdaya olan tələbatın əsas hissəsini ərzaq məhsullarının istehsalı üçün istifadələr təşkil edir. Ötən il 2,534 milyon ton buğda bu məqsədlə istifadə olunub. Bu məqsədlə istifadə olunan buğdanın  2,47 milyon tonu un və yarma istehsalına, 5,57 min tonu spirt istehsalına, 61 min tonu sair ərzaqların istehsalına yönəldilib. 
Azərbaycanda emal edilmədən ərzaq məhsulu kimi 87,24 min ton, qeyri-ərzaq məhsulunun istehsalında 39,7 min ton buğdadan istifadə edilib. 

Ötən il buğda itkisi 184,23 min ton təşkil edib. 

Buğda ilə ehtiyatların formalaşmasında əvvəlki illərlə müqayisədə itkilərin miqdarının azalması müşahidə edilib. 2019-cu ildə itkilər 263 min ton, 2018-ci ildə 232,5 min ton itki olmuşdu. 
Məlumatların təhlili göstərir ki, Azərbaycanın yerli istehsal hesabına buğdaya olan tələbatını ödəmək üçün istehsal 3,4-3,5 milyon ton olmalıdır. 

Bu hədəfə çatmaq üçün ölkəmizin qarşısında 2 yol var. Bunun üçün ya buğda əkilən sahələr, ya da məhsuldarlıq 60-70 faiz artırılmalıdır. 

İstehsalın artırılması üçün əkin sahələrinin genişləndirilməsi imkanı məhduddur. Çünki Azərbaycan aztorpaqlı ölkədir və belə ölkələrdə əkin sahəsini xeyli böyütmək çətindir. 

Buğda əkilən səhə 650-680 min hektardır və cəmi birillik əkmələrin 38 faizini təşkil edir. İşğaldan azad edilən ərazilər, həmçinin mövcud əkmələrdə buğdanın payını artırmaq hesabına əkin sahəsini 900-950 min hektara çatdırmaq olar. Əkin sahəsini genişləndirməklə istehsalı 700-800 min ton artırmaq imkanı var. 

Əlavə istehsalın köməkliyi ilə tələbatı yerli istehsal hesabına təmin etmək mümkün deyil. Amma yalnız məhsuldarlığı mövcud 3 tondan 5 ton səviyyəsinə qaldırmaqla daxili tələbatı yerli istehsal hesabına tam ödəmək olar. 

Buna görə də indiki şəraitdə hədəfə daha tez çatmaq məqsədilə bir tərəfdən əkin sahəsi genişləndirilməli, digər tərəfdən isə məhsuldarlığı artırmaqla ümumi istehsalda dəyişiklik yaradıb buğda ilə təminatı ən yüksək səviyyəyə çatdırmaq mümkündür. 

Vasif
Sfera.az
 



OXŞAR XƏBƏRLƏR

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...