Rəqqasə Fatimə sosial şəbəkədə izləyicisi ilə dalaşdı: “İndi al, payını...”

Rəqqasə Fatimə sosial şəbəkədə izləyicisi ilə dalaşdı: “İndi al, payını...”
Rəqqasə Fatimə Fətəliyeva ilə izləyicilərindən biri arasında qalmaqal yaranıb.

Sfera.az xəbər verir ki, Fətəliyeva sosial şəbəkə hesabında onu məclislərə çağıranları və şəxsən rəqqasəni təhqir edən şəxsə görə qəzəblənib.
 
"Fatimənin murdar olduğunu harada görmüsən? Məni məclislərə çağırırlar və çağıracaqlar da. Çünki işimi, sənətimi sevirəm. Zəhmətimlə pul qazanıb ailə dolandırıram, hər bir işimə canımı qoyuram. Bəs sən bu həyatda nə etmisən? Ayıb olsun, indi al, payını", - deyə rəqqasə izləyicisinə cavab verib.

Ardınca sözügedən şəxs Fatimədən üzr istəyib. Rəqqasə isə baş verənlərin hamıya dərs olmasının vacib saydığını yazıb: "Mən də anayam. Özünə hörmət edən xanım və ana kiməsə bu cür sözlər yazmaz. Qoy, bəzilərinə dərs olsun. Bəsdirin, tanınmış insanlar haqqında ağzınıza gələni yazdınız”.

 
Türkan
 

OXŞAR XƏBƏRLƏR