Həbsdəki avtoritet döyülərək öldürülüb? - RƏSMİ CAVAB - FOTO

Həbsdəki avtoritet döyülərək öldürülüb? - RƏSMİ CAVAB - FOTO
Ötən gün həbsdə olan "Diska Nəriman" ləqəbli kriminal avtoritet Nəriman Qurbanəliyevin saxlanıldığı müəssisədə vəfat etməsi ilə bağlı xəbər vermişdik. 

Sfera.az xəbər verir ki, həmin xəbər yayıldıqdan sonra mərhumun yaxınları sosial şəbəkələrdə "Diska Nəriman”ın saxlanıldığı müəssisədə döyülərək öldürülməsinə dair iddialar səsləndiriblər. Hətta, vəfat edən şəxsin ölümündən sonra çəkilmiş fotoları da sosial şəbəkələrdə paylaşılıb.  

Lent.az yayılan iddialara münasibət öyrənmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb. Xidmətin mətbuat katibi Mehman Sadıqov sorğumuza cavab olaraq bildirib ki, təqsirləndirilən N.Qurbanəliyevin döyülərək öldürülməsinə dair iddialar əsassızdır: "Adıçəkilən şəxs xəstəlikdən dünyasını dəyişib. Onun guya döyülərək öldürülməsi barədə deyilənlər yalandır”.

Qeyd edək ki, bir həftə əvvəl Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə "Diska Nəriman" kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin ("patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 

Ötən gün saxlanıldığı müəssisədə "Diska Nəriman"ın vəziyyəti qəfildən pisləşib və o, təcili xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.



OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

Rəhbərlik etdiyim təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçi...

Naxçıvanda AĞIR QƏZA: ölən və yaralananlar var - FOTOLAR

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.   Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə a...