“Bilirlər ki, Azərbaycanda internetin sürəti zəifdir...” – ÜST niyə məktəbləri açmağa çağırdı?

14:20 / 01.09.2021
2147
"Orta və ali məktəblər ənənəvi tədrisin bərpasına
hazırdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda
tədris müəssisələrinin sentyabrın 15-də başlayacaq ənənəvi tədrisə hazırlığı məsələsinə
münasibət bildirərkən, təhsil eksperti Kamran Əsədov deyib:
"Bütün pillələr üzrə tədris müəssisələri ənənəvi
tədrisin bərpasına hazırdır. Məktəblərimiz bütün dezinfeksiya işlərinin görülməsi,
spirt və qoruyucu maskalarla təmin olunmaq baxımından dünya ölkələri arasında
ABŞ, Almaniya və Fransa ilə birlikdə ilk onluqda yer alır. Təhsil sistemində
çalışanların 90 faizi vaksin olunub ki, bu göstəriciyə görə də ölkəmiz dünyada
ilk onluqdadır. Bu rəqəmlərin hər biri yeni tədris ilinə ənənəvi qaydada
başlamağa imkan verir”.
Həmsöhbətimizin fikrincə, ÜST və UNİCEF Azərbaycanı
orta məktəbləri açmağa ona görə çağırıb ki, vaksinasiya səviyyəsində ciddi irəliləyişlər
var:
Elçin